Musa Qurbanlı start heyətdə

16:50 - 22 Oktyabr 2023

Futbol üzrə İsveç çempionatında 27-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" doğma meydanda "Hammarbü"nü qəbul edir.

Komandaların bu matçda meydana çıxacağı start heyətlər məlum olub. Musa qarşılaşmaya ilk "11-lik"də çıxacaq.

Qeyd edək ki, "Yurqorden" - "Hammarbü" görüşü Bakı vaxtilə saat 17:00-da başlayacaq.

Xəbər xətti