Renat Dadaşov: "İstədiyimiz nəticəni qazana bilmədik"

15:52 - 23 Oktyabr 2023

Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" Türkiyə Super Liqasının 9-cu turunda səfərdə "Fənərbaxça"ya 2:4 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, millimizin üzvü qarşılaşmada 90 dəqiqə meydanda olub. 24 yaşlı forvard oyundan sonra instaqram hesabında paylaşım edib. Renat güclü rəqiblə oynadıqlarını bildirib:

"Güclü rəqib qarşısında istədiyimiz nəticəni qazana bilmədik. Cümə günü reallaşacaq növbəti matça köklənəcəyik".

Xəbər xətti