"Bayer"lə oyundan öncə "Qarabağ"a xoş xəbər - SON DƏQİQƏ

16:06 - 23 Oktyabr 2023

"Qarabağ"ın zədəli futbolçusu Marko Yankoviçin durumu ilə bağlı yeni məlumat var.

Sportal.az saytına verilən məlumata görə, monteneqrolu yarımmüdafiəçi zədəsini sağaldıb. 28 yaşlı futbolçu artıq məşqlərə başlayıb.

Yankoviçin "Bayer"lə matçda iştirak etmək ehtimalı var. Onun oynayıb-oynamayacağı oyun günü bəlli olacaq.

Qeyd edək ki, "Bayer" - "Qarabağ" qarşılaşması 26 oktyabr tarixində Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti