Xabi Alonso bu hücumçunu "Qarabağ"la matçda oynadacaq

19:35 - 23 Oktyabr 2023

Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso ağır zədədən qayıdan hücumçu Patrik Şikə Avropa Liqasının “Qarabağ”la qarşıdakı oyununda şans verəcəyini bildirib.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis çexiyalı haqda bunları deyib:

“Volfsburq”la matçda (2:1) Şiki riskə atmaq istəmədim. Sürət çox yüksək idi. Oyun da gərgin keçdi. Düşünürəm ki, Şikin “Qarabağ”la matçda oynamaq şansı olacaq. Ümid edirəm ki, onu meydana 10-15 dəqiqəlik buraxa biləcəm”

“Bayer" - "Qarabağ" oyunu oktyabrın 26-da Leverkuzendəki "BayArena" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər xətti