"Bayer"dən "Qarabağ"ın qapıçısı ilə bağlı paylaşım - FOTO

16:25 - 24 Oktyabr 2023

Almaniyanın "Bayer" klubu Avropa Liqası qrup mərhələsinin üçün turu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisi matçdan iki gün öncə maraqlı paylaşım ilə diqqət çəkib. Klubun instaqram səhifəsi Ağdam təmsilçisinin qapıçısı Andrey Lunyovun fotosuna paylaşaraq "tezliklə görüşərik" başlığını yazıb.

Rusiyalı qolkiper 2021-2023-cü illər ərzində Bundesliqa təmsilçisinin formasını geyinib.

Qeyd edək ki, "Bayer" - "Qarabağ" qarşılaşması 26 oktyabr tarixində Bakı vaxtilə saat 23:?00-da "BAY Arena"da baş tutacaq.


Xəbər xətti