"Qarabağ"ın futbolçusuna Fransa və Səudiyyə Ərəbistanıdan təkliflər

10:13 - 25 Oktyabr 2023

"Qarabağ"ın futbolçusu Abdullah Zubir komandanı tərk edə bilər.

Sportal.az xəbər verir ki, 32 yaşlı vingerə təkliflər var. Bu barədə nüfuzlu “L'Équipe” nəşri məlumat yayıb.

Təcrübəli ö xətt oyunçusunu Fransa çempionatında mübarizə aparan komandalardan biri transfer etmək istəyir. Bundan əlavə, Səudiyyə Ərəbistanının "Ər Riyad" klubu da Zubirin xidmətində maraqlıdır. Ərəblərin futbolçuya təklif göndərdiyi bildirilir.

Qeyd edək ki, "Qarabağ" Abdullah Zubiri 2018-ci ilin yayında "Lans"dan transfer edib. Fransalı oyunçu cari mövsümdə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti