Ramilin komandası Çempionlar Liqasında uduzdu

18:26 - 25 Oktyabr 2023

Asiya Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" doğma meydanda "Melburn Siti"ni qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 73-cü dəqiqə əvəzlənib.

"Buriram Yunayted" 3 turdan sonra 3 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti