Musa Qurbanlı oynadı, "Yurqorden" qələbə qazandı

22:19 - 28 Oktyabr 2023

Futbol üzrə İsveç çempionatında 28-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə "Brommapoykarna"nın qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Musa Qurbanlı da bu oyunun iştirakçısı olub. 21 yaşlı forvard matça start heyətdə başlayıb və 46-cı dəqiqədə əvəzlənib.

28 turdan sonra 50 xal toplayan "Yurqorden" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti