Vüsal İsgəndərlidən Albaniyada növbəti qol - VİDEO

23:21 - 28 Oktyabr 2023

Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” klubunda növbəti oyununa çıxıb.

Sportal.az xəbər verir ki, 28 yaşlı vinger 10-cu turda "Skenderbeu" ilə səfər oyununda keçirilmiş oyunda qol vurub.

İsgəndərli üçüncü dəqiqədə hesabı açıb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Eqnatiya" 10 turdan sonra 20 xalla liderdir. Rəqibindən bir matç az keçirən ikinci sıradakı "Partizani" də eyni xala malikdir.

Vüsal bu mövsüm Albaniya çempionatında 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti