Mahirin oynadığı matçda "Dinamo"dan əzmkar qələbə

22:24 - 29 Oktyabr 2023

Futbol üzrə Xorvatiya çempionatında 12-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "Lokomotiva"nı qəbul edib. Qarşılaşma Zaqreb təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard 57-ci dəqiqədə meydana daxil olub.

Xallarını 22-yə yüksəldən "Dinamo" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti