Musa Qurbanlı: "Qarşıma məqsədlər qoymuşam"

20:11 - 30 Oktyabr 2023

Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç çempinatının 28-ci turunda səfərdə "Brommapoykarna"nı 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, 46-cı dəqiqədə əvəzlənən millimizin üzvü baş məşqçinin qərarına hörmətlə yanaşdığını bildirib. 21 yaşıı forvard təslim olmamalı olduğunu deyib:

"Əvəzlənməyimi normal qəbul edirəm. Bu, futboldur və bəzən belə hallar olur. Baş məşqçinin qərarıdır. Həmişə oynamaq istəyirsən, amma məyus olmadım. Əsas komandanın üç xal qazanmasıdır. Qələbə üçün sevinməliyik. Hücumçuyam, qol vurmayanda bir az çətin olur. Qarşıma məqsədlər qoymuşam. Hələ gəncəm, başa düşürəm ki, vaxtım var. Sadəcə çox işləməli, təslim olmamalıyam". 

Xəbər xətti