Super Liqa: Renat Dadaşov start heyətdə

16:15 - 4 Noyabr 2023

Türkiyə Super Liqasında 15-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Samsunspor"un qonağı olacaq.

Komandaların meydana çıxacağı start heyətlər müəyyənləşib. Millimizin üzvü bu görüşə ilk "11-lik"dən başlayacaq.

Qeyd edək ki, "Samsunspor" - "Hatayspor" qarşılaşması Bakı vaxtilə saat 17:00-da start götürəcək.

Xəbər xətti