Futbol üzrə Türkiyə Super Liqasında 11-ci turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Samsunspor"un qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat da bu görüşün iştirakçısı olub. Millimizin üzvü matça start heyətdə başlayıb və 88-ci dəqiqədə əvəzlənib.
11 turdan sonra 14 xal toplayan "Hatayspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi