İsveç çempionatı: Musa start heyətdə

19:33 - 4 Noyabr 2023

Futbol üzrə İsveç çempionatında 29-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" doğma meydanda "Sirius"u qəbul edir.

Komandaların bu matçda meydana çıxacağı start heyətlər məlum olub. Musa qarşılaşmaya ilk "11-lik"də çıxacaq.

Qeyd edək ki, "Yurqorden" - "Sirius" görüşü Bakı vaxtilə saat 20:30-da başlayacaq.

Xəbər xətti