Türkiyədə azərbaycanlı futbolçuların duelində sülh

22:58 - 6 Noyabr 2023

Türkiyə I Liqasında 11-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçuların formasını geyindiyi komandalar üz-üzə gəlib.

Coşqun Diniyevin şərəfini qoruduğu "Ümraniyespor" doğma meydanda Bəxtiyar Həsənalızadənin çıxış etdiyi "Tuzlaspor"u qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Millimizin üzvləri də bu görüşün iştirakçısı olub. Onlar ikisi də start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıblar.

11 turdan sonra 9 xal toplayan "Ümraniyespor" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. 8 xalı olan "Tuzlaspor" isə 17-ci yerdədir.

Xəbər xətti