Çempionlar Liqası: Ramilin komandası qalib gəldi

16:12 - 8 Noyabr 2023

Asiya Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" səfərdə "Melburn Siti"nin qonağı olub. Qarşılaşma Tailand təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. Millimizin 61-ci dəqiqədə meydana daxil olub.

"Buriram Yunayted" 4 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti