“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Çempionlar yolunun II mərhələsində ilk oyununu keçirib. Famil Xəlilovun yetirmələri Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşıb.
Görüş Qəbələ şəhər stadionunda baş tutub. Qonaqlar ilk hissədə 1, ikinci yarıda isə 2 qol vuraraq qələbə qazanıb - 3:0.
Xatırladaq ki, komandalar arasında cavab oyunu noyabrın 29-da Yunanıstanda keçiriləcək.
saytlarin hazirlanmasi