Mahirin komandası Çexiyada liderin qarşısına çıxır

14:15 - 9 Noyabr 2023

Avropa Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu gün Çexiyada "Viktoriya"nın qonağı olacaq. Qarşılaşma Bakı vaxtilə saat 21:45-də start götürəcək.

3 turdan sonra aktivində 3 xal olan "Dinamo" qrupda 2-ci yerdədir. Bütün oyunlarda qələbə qazanan "Viktoriya" isə qrupun lideridir.

Xəbər xətti