Avropa Liqası: Mahir start heyətdə

21:31 - 9 Noyabr 2023

Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Çexiyada "Viktoriya"nın qonağıdır.

Komandaların bu görüşdə meydana çıxacağı "11-liklər" məlum olub. Azərbaycanlı hücumçu matça start heyətdə başlayacaq.

Qeyd edək ki, "Viktoriya" - "Dinamo" qarşılaşması Bakı vaxtilə saat 21:45-də başlayacaq.

Xəbər xətti