Mahir oynadı, "Dinamo" "Viktoriya"ya uduzdu

01:09 - 10 Noyabr 2023

Avropa Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Viktoriya"nın qonağı olub. Qarşılaşma Çexiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu oyunun iştirakçısı olub. 26 yaşlı hücumçu matça start heyətində başlayıb və fasilədə əvəzlənib.

4 turdan sonra 3 xal toplayan "Dinamo" qrupda sonuncu yerdədir.

Xəbər xətti