Millimizin üzvü 90 dəqiqə oynadı, komandası qələbə qazandı

16:30 - 11 Noyabr 2023

Futbol üzrə Türkiyə I Liqasında XII turun görüşləri keçirilir.

Sportal.az xəbər Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" bu gün doğma meydanda "Giresunspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bəxtiyar da bu oyunun iştirakçısı olub. 32 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb.

Xallarını 11-ə yüksəldən "Tuzlaspor" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbər xətti