"Hatayspor" - "Qalatasaray": Renat Dadaşov start heyətdə

19:40 - 11 Noyabr 2023

Türkiyə Super Liqasında 12-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Qalatasaray"ı qəbul edir.

Komandaların meydana çıxacağı start heyətlər müəyyənləşib. Millimizin üzvü bu görüşə ilk "11-lik"dən başlayacaq.

Qeyd edək ki, "Hatayspor" - "Qalatasaray" qarşılaşması Bakı vaxtilə saat 20:00-da start götürəcək.

Xəbər xətti