Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Avro-2024-ün seçmə mərhələsində Finlandiya və Şimali İrlandiya yığmaları arasında keçiriləcək oyunu idarə edəcək.
Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.
Qeyd edək ki, noyabrın 17-də Helsinkidə reallaşacaq Finlandiya - Şimali İrlandiya görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi