Avro-2024-ün seçmə mərhələsində millimizin rəqiblərindən olan İsveç millisində istefa reallaşıb.
Sportal.az xəbər verir ki, Yanne Andersson yığmanın baş məşqçisi postunu tərk edib. 61 yaşlı mütəxəssis seçmə mərhələnin son turunda Estoniyanı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra istefa verib.
İsveç millisi F qrupunu 3-cü pillədə başa vurub və Avropa çempionatına vəsiqə qazana bilməyib. Yanne Anderssonun rəhbərlik etdiyi kollektiv 16 noybar tarixində Bakıda millimizə 0:3 hesabı ilə məğlub olmuşdu.
Qeyd edək ki, Yanne Andersson 2016-cı ilin iyun ayından İsveç millisini çalışdırırdı.
saytlarin hazirlanmasi