"Mançester Yunayted"dən ulduz futbolçuya cəlbedici təklif

19:58 - 20 Noyabr 2023

"Atletiko"nun hücumçusu Antuan Qrizmann karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçunun xidmətində "Mançester Yunayted" maraqlıdır. Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisi franslı forvarda "Atletiko"da aldığı maaşın üçqatını təklif etməyə hazırdır. "Qırmızı şeytanlar" təcrübəli forvard üçün yanvar ayında İspaniya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Antuan Qrizmann cari mövsümdə "Atletiko"nun heyətində meydana çıxdığı 16 rəsmi matçda 12 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti