Vüsal İsgəndərli qol vurdu, komandası lider oldu

22:25 - 28 Noyabr 2023

Futbol üzrə Albaniya çempionatında 14-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" səfərdə "Laçi"nin qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 28 yaşlı vinger 71-ci dəqiqədə meydana daxil olub. O, 79-cu dəqiqədə komandasının ikinci qolunu vurub.

Xallarını 30-da yüksəldən "Eqnatia" turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Xəbər xətti