"Qəbələ" "Olimpiakos" səfərində

10:37 - 29 Noyabr 2023

"Qəbələ"nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununa çıxır.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv Qəbələdə gerçəkləşən ilk matçda rəqibinə 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəlki mərhələdə Macarıstanın "Puşkaş Akademiya" komandasını mübarizədən kənarlaşdırıb.

Xəbər xətti