Mahir Emreli: "Bizi çətin oyun gözləyir"

13:15 - 30 Noyabr 2023

Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Avropa Konfrans Liqasının 5-ci turu çərçivəsində səfərdə "Astana"nın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisinin hücumçusu qarşılaşmadan öncə Xorvatiya mətbuatına açıqlama verib. 26 yaşlı forvard onları çətin oyunun gözlədiyini bildirib:

"Bizi çətin oyun gözləyir. Bu vaxta qədər "Astana"nı 5 dəfə məğlub etsək də, budəfəki matçın asan olmayacağını bilirik. Yaxşı duel olacaq. Ümid edirəm ki, yenidən qalib gələcəyik".

Qeyd edək ki, "Astana" - "Dinamo" matçı bu gün Bakı vaxtilə saat 19:30-da "Astana Arena"da baş tutacaq.

Xəbər xətti