Mahirin komandası səfərdə "Astana"nı məğlub etdi

21:43 - 30 Noyabr 2023

Avropa Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün C qrupunda Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Astana"nın qonağı olub. Qarşılaşma Zaqreb təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir bu görüşün iştirakçısı olmayıb. 26 yaşlı hücumçu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Xallarını 6-ya yüksəldən "Dinamo" qrupda ikinci pillədə qərarlaşıb.

Xəbər xətti