Premyer Liqa klubu qolkiperlərindən birini göndərəcək

15:34 - 4 Dekabr 2023

"Kəpəz" qışda bəzi oyunçuları göndərə bilər.

Sportal.az saytına verilən məlumata görə, Gəncə klubunun iki legioner qapıçısından biri ilə yollar ayrılacaq.

Yayda komandaya böyük ümidlərlə dəvət edilən Vladislav Vasilyuçekin komandada saxlanılmayacağı gözlənilir. Belə ki, klub belaruslu ilə işbirliyinə son qoymaq niyyətindədir. 

Buna səbəb isə onun meydana çıxdığı görüşlərdə çərçivədə ümid verməməsidir.

Qeyd edək ki, "Kəpəz"in digər qolkiperi İqor Rodriqes də, məhz Vasilyuçekin səhvlərindən sonra - mövsümün gedişində komandaya cəlb edildi. 

Xəbər xətti