"Qəbələ" Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə "Qarabağ"a 0:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bizim üçün ağır oyun alındı. İstədiyimizi meydanda göstərməyə rəqib imkan vermədi. Komandamdan daha çox dinamika gözləyirdim. Amma yenə qol epizodlarımız oldu. Hesab 1:0 olanda, epizodları vursaydıq, nəticə fərqli olardı. Səviyyə fərqini danmaq olmaz. "Qarabağ" layiqli qələbə qazandı.
- "Kəpəz"lə matçınız olacaq, altı xallıq oyundur. Bu görüş nə dərəcədə önəmlidir?
- Hələ o oyunu düşünmürdük. Bu matçı fikirləşirdik.Hər xal önəmlidir. Çempionatda hər komandadan xal almaq mümkündür.
- Ülvi İsgəndərov haqda hansı fikirdəsiz? Keçən mövsüm qollar vururdu...
- Ülvi də çalışır. Keçən il daha uğrulu alınırdı. Daha da artığını etməlidir ki, qolları gəlsin. Potensialı olan futbolçudur. Üzərində çox işləməlidir ki, alındırsın.
- "Qarabağ"ın ağır səfərdən gəlməsi sizdə az da olsa, arxayınçılıq yaratmamışdı?
- Bizim üçün ağır olacaqdı. Mövsümün əvvəlində "Omoniya" ilə oynadıq, iki gün sonra "Sabah"a uduzduq. Bizim kimi komandalara ağır olur. Amma "Qarabağ"ın heyəti genişdir, onlar üçün rotasiyaya etmək rahatdı.
- İlk qolu analiz etdiz?
- Hələ baxmamışam. Rahat qol olmur. Rəqibin də vurduğu qolu kiçiltmək lazım deyil. Sadəcə boşluqdan istifadə etdilər.
Mirbağırağa
saytlarin hazirlanmasi