Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyəspor" doğma meydanda "Keçiörengücü"nü qəbul edib.
Coşqunun komandası rəqibinə 2:0 hesabı ilə qalib gəlib. 28 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 79-cu dəqiqədə əvəzlənib. Millimizin üzvü 71-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
"Ümraniyəspor" 18 xalla 11-ci pillədədir.
saytlarin hazirlanmasi