Bu gün “Səbail” Peşəkar Futbol Klubunun əsas komandasının futbolçu və məşqçi heyəti ilə AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəkin görüşü baş tutub.
Sportal.az xəbər verir ki, komitə rəhbəri seminar zamanı komandanın üzvlərini oyun qaydalarındakı yeniliklərlə tanış edib, həmçinin bu istiqamətdə verilmiş sualları cavablandırıb.
Seminarda müxtəlif oyunlardan epizodlar müzakirə edilib, hər iki tərəf arasında fikir mübadiləsi aparılıb.
saytlarin hazirlanmasi