"Səbail" ilk 18 turda - STATİSTİKA

18:56 - 26 Dekabr 2023

Misli Premyer Liqasında 2023/2024 mövsümünün 2-ci dövrəsi başa çatıb.

Sportal.az xəbər verir ki, “Səbail”in baş məşqçisi Şahin Diniyev arxada qalan 18 turda, ümumilikdə 24 futbolçunun xidmətindən istifadə edib.

Müdafiəçi Yusif Nəbiyev, yarımmüdafiəçilər Valdemar Almeyda – Pana və Yadin Luqasi 18 oyunun hər birində meydana çıxan futbolçulardır. Geridə qalan 18 turda komanda 7 qələbə, 5 heç-heçə və 6 məğlubiyyətə imza atıb və ilk dövrəni 26 xalla 5-ci pillədə başa vurub.

“Səbail” 18 turda 26 qola imza atıb və qapısında 27 top görüb. Vurduğu qolların sayına görə komanda yalnız “Qarabağ” və “Turan Tovuz”dan geri qalıb. Ən məhsuldar futbolçu isə Aleksandr Ramalinqomdur. 18 turda 7 qol vuran futbolçu bombardirlər siyahısında bu göstərici ilə ikinci pillədə qərarlaşıb. Yarımüdafiəçi Pedro Nuno isə vurduğu 5 qolla ən məhsuldar ikinci futbolçudur.

Yusif Nəbiyev – 18 oyun (1581 dəqiqə)
Valdemar Almeyda Pana – 18 (1443)
Yadin Luqasi – 18 (896)
Səlahət Ağayev – 17 (1530 dəqiqə)
Pedro Nuno – 17 (1426)
Aleksandr Ramalinqom – 17 (1399)
Anas Najah – 17 (1289)
Rüfət Abdullazadə – 17 (728)
Nir Bardea – 16 (1440)
Adi Mehremiç – 16 (1440)
David Qomis – 16 (1246)
Bahadur Həziyev – 15 (410)
Ağabala Ramazanov – 12 (652)
Süleyman Əhmədov – 12 (565)
Amil Yunanov – 12 (182)
Cabir Əmirli – 9 (734)
Rafael Məhərrəmli – 9 (348)
Samir Abdullayev – 9 (60)
Silvayin Deslandes – 4 (149)
Adil Nağıyev – 3 (225)
Hüseynəli Quliyev – 1 (90)
Ayaz Mikayılov – 1 (17)
Taleh Qarayev – (12)

Vurulan qollar: Aleksandr Ramalinqom (7), Pedro Nuno (5), Yusif Nəbiyev (3), David Qomis (2), Yadin Luqasi (2), Rüfət Abdullazadə (2), Ağabala Ramazanov, Valdemar Almeyda Pana, Adi Mehremiç.

Xəbər xətti