"Qəbələ"nin qış planı məlum oldu

19:19 - 27 Dekabr 2023

“Qəbələ”nin 2023-2024-cü illər mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Sportal.az xəbər verir ki, Misli Premyer Liqasının XVIII turunun dekabrın 22-də keçirilən “Sabah”la oyunundan (1:0) sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2024-cü il yanvarın 4-də Qəbələdə bir araya gələcək.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışı müddətində iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qəbələ” yanvarın 10-da “Kəpəz”lə üz-üzə gələcək. Komandamız 5 gün sonra “Qəbələ-2” ilə qarşılaşacaq.

Hər iki oyun Qəbələdə olacaq. Matçların başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək XIX turun oyunları ilə start veriləcək.

Xəbər xətti