"Səbail" III dövrənin hazırlıqlarına start verdi

15:15 - 3 Yanvar 2024

“Səbail” Premyer Liqanın 2023/2024-cü illər mövsümünün ikinci mərhələsi üçün hazırlıqlara start verib.

Sportal.az xəbər verir ki, komanda baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında bu gün “ASCO Arena”da yeni ildə ilk məşqini keçirib.

“Səbail” hazırlığın növbəti mərhələsi üçün yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. “Miracle Resort” hotelində məskunlaşacaq "dənizçilər" qonşu ölkədə 2 yoxlama oyunu keçirəcək.

Rəqiblər Rumıniya Super Liqa təmsilçisi “Universitatea Cluj” (12 yanvar) və Rusiya Premyer Liqa klubu “Fakel” (15 yanvar) olacaq.

Xəbər xətti