Renat oynadı, "Hatayspor" səfərdə uduzdu

17:10 - 6 Yanvar 2024

Türkiyə Super Liqasında 19-cu turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Rizespor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat da bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 71-ci dəqiqədə meydana daxil olub.

19 turdan sonra 19 xal toplayan "Hatayspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Xəbər xətti