Şahruddin "Başakşehir"lə matça start heyətdə başlayır

16:26 - 6 Yanvar 2024

Türkiyə Super Liqasında 19-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" səfərdə "Başakşehir"in qonağıdır.

Komandaların meydana çıxacağı start heyətlər müəyyənləşib. Millimizin qapıçısı bu görüşə ilk "11-lik"də başlayacaq.

Qeyd edək ki, "Başakşehir" - "Adana Demirspor" qarşılaşması Bakı vaxtilə saat 17:00-da start götürəcək.

Xəbər xətti