Mahir zədələndi: durumu ciddidir

11:25 - 7 Yanvar 2024

Xorvatiyanın "Dinamo" klubunda çıxış edən Mahir Emreli ciddi zədə alıb.

Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu Zaqreb təmsilçisinin Sloveniyanın "Roqaşka" klubu ilə keçirdiyi hazırlıq matçında (1:0) sıradan çıxıb.

"Dinamo"nun baş məşqçisi Sergey Yakiroviç millimizin üzvünün zədəsinin ciddi olduğunu bildirib. Onun sözlərinə görə, Mahir uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Mahir Emrelinin durumu ilə bağlı detallı məlumat tibbi müayinədən sonra bəlli olacaq.

Xəbər xətti