"Səbail"in Rumıniya klubu ilə oyununun vaxtı bilindi

13:58 - 8 Yanvar 2024

Misli Premyer Liqasının 2023-2024-cü il mövsümünün hazırlığını Antalyada davam etdirən “Səbail” ilk yoxlama oyununu yanvarın 12-də keçirəcək.

Sportal.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi komanda Rumnıniya Superliqa təmsilçisi “Universitatea Cluj”la üz-üzə gələcək.

Oyun yerli vaxtla 17:00 (Bakı vaxtı ilə 18:00) “İS Santai Hotel”inin meydançalarında keçiriləcək.

Xəbər xətti