Ramil Şeydayev Türkiyədə nə qədər qazanacaq?

12:14 - 11 Yanvar 2024

"Kocaelispor"a keçəcəyi gözlənilən Ramil Şeydayevin Türkiyədə qazanacağı maaş məlum olub.

Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu 2023/2024 mövsümünün qalan hissəsi üçün 300 min avro əmək haqqı alacaq. Bu barədə Türkiyə mediası məlumat yayıb.

Azərbaycan milli komandasının üzvü növbəti mövsümdə isə "yaşıl-qaralar"da 550 min avro qazanacaq.

Qeyd edək ki, Ramil Şeydayevin "Kocaelispor"la 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

Xəbər xətti