"Səbail"in Türkiyədə ilk sınağı

12:34 - 12 Yanvar 2024

"Səbail" Antalya toplanışı çərçivəsində ilk hazırlıq matçını keçirəcək.

Sportal.az xəbər verir ki, "dənizçilər" bu gün Rumıniyanın "Universitatya Kluj" komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Səbail" Türkiyədə daha bir yoxlama oyununda qüvvəsini sınayacaq. Bakı təmsilçisinin rəqibi Rusiya Premyer Liqasının iştirakçısı "Fakel" olacaq.

Xəbər xətti