"Turan Tovuz"dan ayrılan Sertan Taşkının yeni komandası rəsmiləşib.
Sportal.az xəbər verir ki, 26 yaşlı sağ cinah müdafiəçisi karyerasını Türkiyədə davam etdirəcək.
Azərbaycan milli komandasının üzvü "Manisa" klubuna keçib. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Sertan Taşkın 2023-cü ilin yayından "Turan Tovuz"da çıxış edirdi. O. qərb bölgəsi təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi