"Səbail"in Rusiya klubu ilə oyununun vaxtı məlum oldu

19:57 - 14 Yanvar 2024

“Səbail” sabah qış təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv  Rusiya Premyer Liqası təmsilçisi “Fakel”lə qarşılaşacaq. Matç yerli vaxta 17:00-da (Bakı vaxtı ilə 18:00), “Miracle Resort” hotelinin idman mərkəzində keçiriləcək.

Qeyd edək ki, "Səbail" Antalya toplanışı çərçivəsində keçirdiyi ilk hazırlıq görüşündə Rumıniyanın "Universitatea Kluj"la qarşılaşıb. Matç qolsuz bərabərliklə yekunlaşıb.

Xəbər xətti