Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Qəbələ” yoxlama oyununda “Araz-Naxçıvan”la qarşılaşıb.
Sportal.az xəbər verir ki, görüş "qırmızı-qaralar"ın qələbəsiylə başa çatıb. Görüşdən sonra “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev matç barədə fikirlərini klubun saytına açıqlayıb:
“Mövsümün ikinci yarısının hazırlıq prosesinə yanvarın 4-də start vermişdik. Təlim-məşq toplanışı əvvəlcədən planlaşdırdığımız proqram üzrə keçdi. İstədiklərimizi hazırlıq prosesində gerçəkləşdirə bildik. Öncədən nəzərdə tutduğumuz kimi iki yoxlama oyununa çıxdıq. Premyer Liqa klubları “Kəpəz” və “Araz-Naxçıvan”la qarşılaşdıq.
Toplanışın gedişindən razı qaldım. Bu hazırlığın nəticəsini mövsümün ikinci yarısında görə biləcəyik. Komandamızın potensialı var. Düşünürəm ki, daha yaxşı və daha iddialı “Qəbələ” görəcəyik. Keçirdiyimiz yoxlama oyunlarında gənc futbolçulara şans verdim. Onların çıxışından razı qaldım. Bu oyunçular gələcəkdə komandamıza əlavə güc qatacaq”
saytlarin hazirlanmasi