"Kocaelispor"un prezidenti: "Azərbaycanın önəmli oyunçusunu heyətimizə qatdıq"

17:36 - 17 Yanvar 2024

"Kocaelispor"un prezidenti Engin Koyun yeni transferləri Ramil Şeydayev haqda fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, imza mərasimində danışan klub rəhbəri azərbaycanlı hücumçunun komandaya qollar və ötürmələrlə töhfə verəcəyinə inandığını bildirib:

"Ramil bizim üçün yaxşı transfer oldu. Azərbaycanın önəmli oyunçusunu heyətimizə qatdıq. Ramilin vuracağı qollar və ötürmələrlə çempionluğa ciddi qatqı verəcəyini düşünürəm. Camiəmizə xeyirli olsun".

Qeyd edək ki, Ramil Şeydayev Türkiyə I Liqasında mübarizə aparan "Kocaelispor"la 1,5 illik müqavilə imzalayıb.

Xəbər xətti