AFFA "Qəbələ"nin şikayətini təmin etmədi

18:13 - 17 Yanvar 2024

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"nin şikayətini təmin etməyib.

Sportal.az xəbər verir ki, bununla bağlı qurumun rəsmi saytı məlumat yayıb:

1. “15.12.2023-cü il tarixdə Misli Premyer Liqasının XVII turu çərçivəsində keçirilən “Səbail” – “Qəbələ” oyununun 36-cı dəqiqəsində “Qəbələ” klubunun 19 nömrəli futbolçusu Samuel Tetteh təcavüzkar davranışa (rəqibə zərbə endirdiyinə) görə birbaşa qırmızı vərəqə aldığı üçün onun 2 oyun şərti olmaqla 4 oyun cəzalanması, “Qəbələ” klubunun 3000 manat cərimə edilməsi barədə (maddə 40.3 və 32.1)” AFFA İntizam Komitəsinin 20 dekabr 2023-cü il tarixli qərarının “oyun cəzası” hissəsindən “Qəbələ” klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. AFFA İntizam Komitəsinin 20 dekabr 2023-cü il tarixli qərarı qüvvədə saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.

Xəbər xətti