Vüsal İsgəndərlinin komandası kubokda "Başakşehir"ə uduzdu

18:31 - 17 Yanvar 2024

Türkiyə Kubokunda 1/6 final mərhələsinin oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" səfərdə "Başakşehir"in qonağı olub. 0:1 hesabı ilə məğlub olan I Liqa təmsilçisi kubokda mübarizəni dayandırıb.

Vüsal İsgəndərli bu görüşün iştirakçısı olmayıb. 28 yaşlı yarımmüdafiəçinin adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Xəbər xətti