Şahruddinin komandası kubokda II Liqa təmsilçisinə uduzdu

22:56 - 17 Yanvar 2024

Türkiyə Kubokunda 1/16 final mərhələsinin görüşləri davam edir.

Sportal.az xəbər verir ki, bu gün Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" doğma meydanda "24 Erzurumspor"u qəbul edib.

Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan (5:4) II Liqa təmsilçisi növbəti raunda yüksəlib. "Adana Demirspor" isə kubokda mübarizəni dayandırıb.

Şahruddin Məhəmmədəliyev bu oyunda iştirak etməyib. 29 yaşlı qapıçının adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Xəbər xətti