Ramil Şeydayev liderlə matçda debüt edəcək

11:33 - 18 Yanvar 2024

Ramil Şeydayevin "Kocaelispor"da debüt edəcəyi tarix müəyyənləşib.

Sportal.az xəbər verir ki, 27 yaşlı forvard I Liqanın lideri "Eyüpspor"la matçda ilk dəfə yaşıl-qara formanı geyinəcək. Qarşılaşma 20 yanvar tarixində Bakı vaxtilə saat 20:00-da baş tutacaq.

Qeyd edək ki, Ramil Şeydayev dünən "Kocaelispor"la 1,5 illik müqavilə imzalayıb. Komanda I Liqada 18 turdan sonra 33 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti